"İnter Mayami"nin prezidenti Xorxe Mas Lionel Messi ilə yanaşı bir neçə futbolçu transfer edəcəklərini açıqlayıb.
Sportarena.az "goal"a istinadən xəbər verir ki, o deyib:
“Biz heyətimizi Messinin gəlişi üçün hazırlayırıq. Ona görə də böyük miqdarda hərəkət azadlığı yaratdıq. Yay transfer pəncərəsində yeni müqavilələr imzalayacağıq, yeniliklər insanların gözlədiyindən də çox olacaq.
Komandanı məhv etmək, tərkibi təmizləmək lazım deyil. Amma deyə bilərəm ki, biz potensial olaraq 3-5 müqavilə imzalayacağıq”.