Halandın dəyəri artdı

21:50 20 İyun 2023

"Transfermarkt" portalı İngiltərə Premyer Liqasının oyunçularının bazar dəyərinin ənənəvi yenilənməsini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, yeniləmə nəticəsində “Mançester Siti”nin hücumçusu Erlinq Halandın dəyəri 10 milyon avro artıb. İndi isə norveçlinin transfer məbləği 180 milyon avro olaraq qiymətləndirilir.

 

Haland mövsümün sonunda ən bahalı futbolçuların "10-luğ"una daxil olub.

 

Qeyd edək ki, Haland 2022-ci ilin yayından "Manaçester Siti"də oynayır. O, ötən mövsüm 53 matçda 52 qol vurub və 9 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti