İran millisinin və Almaniyanın "Bayer" (Leverkuzen) klubunun futbolçusu Serdar Azmun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə alman jurnalist Florian Plettenberq şəxsi tviter hesabında yazıb.
O bildirib ki, sözügedən ölkənin bir neçə təmsilçisi 28 yaşlı hücumçuya təklif göndərib.
Qeyd edək ki, Serdar Azmun Rusiyada "Zenit", "Rubin" və "Rostov" klublarının da formasını geyinib.