Messinin "İnter Mayami" klubunda debüt edəcəyi tarix bəlli olub

22:55 20 İyun 2023

Argentina millisinin futbolçusu Lionel Messinin yenicə transfer olunduğu ABŞ-ın "İnter Mayami" klubunda debüt edəcəyi tarix bəlli olub.

 

Sportarena.az ESPN-ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu yeni komandasında ilk oyununu iyunun 22-də keçirəcək.

 

Həmin gün Mayami təmsilçisi Liqalar Kuboku turnirinin qrup mərhələsi çərçivəsində Meksikanın "Krus Asul" kollektivi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə Fransanın PSJ klubundan keçib.


Digər xəbərlər

Xəbər xətti