"Zirə"nin sabiq müdafiəçisi Anastasios Papazoqlu Yunanıstan mətbuatına açıqlama verib.
Sportarena.az xəbər verir ki, "athletestories"ə açıqlama verən yunan futbolçu Azərbaycandakı çıxışını xatırlayıb. Ölkəmizə gələnə qədər "Olimpiakos", APOEL(Nikosiya), "Ksanti", "Panetolikos", "Apollon Smirnis", "OFİ Krete" klublarında oynamış 34 yaşlı oyunçu karyerasının istədiyi kimi alınıb-alınmaması haqda fikirlərini çatdırıb:
"Təbii ki, futbolu daha çox inkişaf etmiş Avropa ölkəsində oynamaq istəyərdim, nəinki Kiprdə APOEL, Azərbaycanda "Zirə" klubunda. Lakin həmin vaxtı APOEL, daha sonra "Zirə"dən yana seçim etmişdim. Həmin vaxtı da belə qərar qəbul etmişdim".
Xatırladaq ki, Anastasios 2019-cu ilin yayından 2020-ci ilin oktyabrına kimi "Zirə"də çıxış edib. 34 yaşlı futbolçu hazırda “Panserraikos”da oynayır.