Qəbələdə təlim-məşq toplanışına yekun vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində son oyununu keçirib.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin qolunu 41-ci dəqiqədə penaltidən Sadiq Şəfiyev vurub.
Qeyd edək ki, U-19 hazırlıq çərçivəsində keçirdiyi ilk oyunda gürcüstanlı yaşıdlarını 2:1 hesabı ilə məğlub edib.