"Olimpiakos"da yeni baş məşqçi

15:20 21 İyun 2023

"Olimpiakos"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandanı Dieqo Martinez çalışdıracaq. İspaniyalı mütəxəssislə imzalanan müqaviləni detalları açıqlanmayıb.

 

42 yaşlı məşqçinin son klubu bu il aprel ayında ayrıldığı "Espanyol" olub. Martines daha əvvəl İspaniyanın "Qranada" və "Osasuna" komandalarına baş məşqçilik edib.

 

"Olimpiakos"un son baş məşqçisi isə Mişel olub. O, aprelin 3-də komandadan gedib. Həmin vaxtdan indiyədək müvəqqəti baş məşqçi vəzifəsini Joze Aniqo icra edirdi.

 

2022/2023 mövsümünün sonunda "Olimpiakos" Yunanıstan çempionatında üçüncü yeri tutub və növbəti mövsüm üçün Konfrans Liqasına vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti