"Turan Tovuz" növbəti transferini həyata keçirib.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi Aydın Bayramovu heyətinə qatıb. 27 yaşlı qapıçı ilə 1+1 illik rəsmi müqavilə bağlanıb.
O, karyerası ərzində MOİK, “Sabah” və “Sumqayıt” klublarının formasını geyinib.
Qeyd edək ki, "Turan Tovuz" bundan əvvəl Fərid Nəbiyevi transfer edib.