“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bir daha “Barselona”ya dönməyəcək. İspan çalışdırıcı sevimli klubunda missiyasının başa çatdığını bildirib.
Sportarena.az xəbər verir ki, Qvardiola “Barsa”nın heç vaxt ona ehtiyac duymayacağına əmindir: “Barselona”nın çox əla baş məşqçisi var. Komanda şox çətin bir yarışı – La Liqanı qazandı. Xavi Ernandesin uzun müddət işinin başında olacağına ümid edirəm. Orada mənə ehtiyac yoxdur”.
Pep İspaniya nəhənginin gələcək məşqçisinin kim olacağını da təxmin edir: “Xavi getməyə qərar verəndə Serxio Buskets və ya başqa biri gələcək. Amma mənim zamanım keçdi”.