Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martines Çempionlar Liqası turniri barədə danışıb.
Sportarena.az “DSports”-a istinadən xəbər verir ki, o, bu turnirin Avropa ilə bağlı olduğunu deyib:
“İnsan həmişə hər şeyin daha artığını istəyir. Bəli, Çempionlar Liqasında da, Avropa Liqasında da qalib gəlmək kimi istəyim var. Lakin Argentina millisi ilə bütün titullara yiyələnmişik. Çempionlar Liqası turniri daha çox Avropa ilə bağlıdır. “Aston Villa” ilə çempion olmaq böyük uğur olar.
Həmişə Çempionlar Liqasında yox, dünya çempionatında oynamaq arzusunda olmuşam. Yaxşı ki, arzum reallaşıb. Çempion Liqasını qazanmaq üstünlükdür, amma mənim arzum o deyil”.
30 yaşlı qolkiper DÇ-2022-nin ən yaxşı qapıçısı seçilib.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.