“Çelsi” 60 milyon avroya futbolçu transfer edib.
Sportarena.az Premyer Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya “Leyptsiq”inin hücumçusu Kristofer Nkunku “Çelsi”yə keçib.
26 yaşlı forvard yeni klubu ilə 6 illik müqavilə imzalayıb. Fransa millisinin üzvü iyulun 1-dən etibarən londonluların oyunçusu sayılacaq.
PSJ klubunun yetirməsi olan Nkunku 2019-cu ildən bəri “Leyptsiq”in formasını geyinib.