Həftədə azı 210 min maaş, uzunmüddətli müqavilə - Razılıq verdi

13:22 21 İyun 2023

 “Arsenal” “Çelsi”nin futbolçusu Kay Haverts üçün yeni təklif irəli sürüb.

 

Sportarena.az xəbər verir ki,“Topçular” yarımmüdafiəçi üçün “Çelsi”yə 55 milyon funt-sterlinq təklif edib, daha 5 milyon funt-sterlinq isə bonus şəklində ödəniləcək.

 

Futbolçunun özünə həftədə azı 210 min funt sterlinq maaşla uzunmüddətli müqavilə təklif olunacaq. Alman futbolçu artıq keçidə razılıq verib.

 

Məlumatda qeyd olunur ki, “Çelsi” Havertsin transfer dəyərini 70-75 milyon funt-sterlinq qiymətləndirir.


Digər xəbərlər

Xəbər xətti