“Qarabağ”ın Avropa kuboklarında təsnifat mərhələsinin ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib. Ağdam təsmilçisi təsnifat mərhələsinin iki ev oyununu Bakı Olimpiya Stadionunda (BOS) keçirəcək.
Sportarena.az xəbər verir ki, BOS-dan başqa “Azersun Arena” və “Dalğa Arena” variantı da var idi.
Xatırladaq ki, daha öncə “Qarabağ” avrokuboklarda ilk iki təsnifat mərhələsinin ev oyununu “Azersun Arena”da keçirəcəyini elan etmişdi. Buna Tofiq Bəhramov adına Respublika stadionunun ot ortüyündə aparılan təmir işləri səbəb olub. Bu arena matçları yalnız avqustda qəbul edə biləcək.