“Neftçi”nin Müşahidə Şurasının qərarı ilə komandanın baş məşqçisi Laurentsiu Regekampfla yollar ayrılıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayınb. Rumıniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib..
Köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene də "Neftçi"ni tərk edib. "Göstərdikləri xidmətə görə baş məşqçi və köməkçilərinə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq" - deyə açıqlamada qeyd olunub.
Yeni baş məşqçi haqqında ictimaiyyətə məlumat veriləcəyi bildirilib.
Regekampfı "Neftçi"də türkiyəli mütəxəssis Sərgən Yalçının əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Regekampf 2022-ci ilin iyun ayından "Neftçi"ni çalışdırırdı. Komanda onun rəhbərliyi ilə titul qazana bilməyib. "Neftçi" 2022/23 mövsümünü Premyer Liqada 3-cü yerdə başa vurub, kubokun finalında isə "Qəbələ"yə uduzub. Ümumilikdə "Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.