"Çelsi"nin qapıçısı Eduard Mendi Səudiyyə Ərəbistanının "Əl Əhli" klubuna keçib.
Sportarena.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mendi Səudiyyə klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Müqavilə 2026-cı ilin yayına qədər qüvvədə olacaq.
Seneqallı qapıçı 2020-ci ilin sentyabrından "Çelsi" də çıxış edirdi. O, ötən mövsüm bütün yarışlarda 12 oyuna çıxıb və 17 qol buraxıb.
Qeyd edək ki, "Çelsi" ilə müqaviləsi başa çatan Nqolo Kante də Səudiyyə Ərəbistanında çıxış edəcək. Fransalı yarımmüdafiəçi "Əl İttihad"a keçib.