Argentina millisinin üzvü Anxel Di Maria "Benfika"ya qayıda bilər.
Sportarena.az "A Bola"ya istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin "Yuventus"la müqavilə müddəti başa çatdıqdan sonra azad agent olacaq.
Di Mariya 2007-2010-cu illərdə formasını geyindiyi Lissabon klubu ilə bir illik müqavilə bağlaya bilər. Argentinalı “Rosario Sentral”, “Real”, “Mançester Yunayted”, PSJ klublarında oynayıb.