UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, püşkatmada Türkiyə klublarının potensial rəqibləri də bəlli olub.
“Beşiktaş” bu mərhələdə “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
İstanbulun digər təmsilçisi “Fənərbaxça” “Fiorita” (San-Marino) – “Zimbru” (Moldova) duelinin güclüsü ilə, “Adana Dəmirspor” isə Rumıniya komandası ÇFR-lə görüşəcək.
“Beşiktaş” və “Fənərbaxça” ilk matçlarını evdə, Adana klubu isə səfərdə keçirməlidir.
Konfrans Liqasında 2-ci mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.