“Zirə”nin yay hazırlıq planı müəyyənləşib. İyunun 23-də bir araya gələcək paytaxt təmsilçisi iyulun 17-nə qədər məşqlərini Bakıda keçirəcək.
Sportarena.az xəbər verir ki, “Qartallar” hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu keçirəcək.
Komanda iyulun 18-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. “Zirə” toplanışını Bolu şəhərində keçirəcək. Bakı təmsilçisi bu müddətdə 3 yoxlama oyunu keçirəcək.
Matçların detalları ilə bağlı məlumat qarşıdakı günlərdə veriləcək.