Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az İstanbul təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin üzvü Edin Ceko ilə razılıq əldə olunub.
Bildirilib ki, 37 yaşlı hücumçu tibbi müayinədən keçmək və danışıqları tamamlamaq üçün İstanbula gələcək.
Qeyd edək ki, təcrübəli forvard son olaraq İtaliyada "İnter"in formasını geyinib.