“Qarabağ” 2023/2024 mövsümünün hazırlığının ikinci mərhələsi üçün bu gün Avstriyaya gedib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ağdam təmsilçisi Avstriyada iyunun 27-də “Ferentsvaroş” (Macarıstan), iyulun 1-də isə “Legiya” (Polşa) ilə üz-üzə gələcək. 3-cü yoldaşlıq oyunundakı rəqib isə hələ müəyyənləşməyib.