21 yaşadək futbolçular arasında Avropa çempionatına start verilib.
Sportarena.az xəbər verir ki, Belçika və Niderland arasında keçirilən turnirin açılış görüşünü Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Gürcüstanın paytaxtı Tbilisidəki "Mesxi" stadionunda oynanılan A qrupunun matçı qolsuz bərabərliklə başa çatıb.
Əliyar Ağayev qarşılaşma ərzində 5 dəfə əlini cibinə atmalı olub. 36 yaşlı referi Belçikadan 3, Niderlanddan isə 2 futbolçuya sarı vərəqə göstərib.