"Bayern" bu gün "Borussiya"nın (Dortmund) müdafiəçisi Rafael Qerreyrunu transfer edəcək.
Sportarena.az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq sosial şəbəkə hesablarında yazıb. 29 yaşlı oyunçu bu gün Münhen təmsilçisində tibbi müayinədən keçəcək və daha sonra azad agent kimi yeni klubu ilə müqavilə imzalayacaq. Portuqaliyalı futbolçu ilə klub arasındakı müqavilə 2025/26 mövsümünün sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, R.Qerreyru 2022/2023 mövsümündə "Borussiya" ilə bütün yarışlarda 37 oyuna çıxıb, 6 qol vurub və 13 qolun ötürməsini verib.