“Benfika” argentinalını transfer etməkdə israrlıdır

14:53 22 İyun 2023

Argentinalı yarımmüdafiəçi Anxel di Mariya karyerasını Portuqaliyada davam etdirə bilər.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, “Benfika” 35 yaşlı futbolçunu transfer etməkdə israrlıdır. Klub onunla 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalamağı düşünür.

 

Di Mariya iyunun 6-da “Yuventus”dan ayrıldığını açıqlayıb. O, 2022-ci ildən “qoca sinyora”nın formasını geyinirdi. Futbolçu 2022/23 mövsümündə Turin təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

Di Mariya karyerası ərzində “Benfika” (2007-2010), “Real” (2010-2014), “Mançester Yunayted” (2014-2015), PSJ (2015-2022) kimi klublarda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti