"Neftçi" futbolçusu Sezar Meza Kolli ilə yolları ayırıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki ,31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. Sezar bu yay Bakı təmsilçisindən ayrılan ilk futbolçu olub.
Qeyd edək ki, paraqvaylı oyunçu 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edirdi. O, bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.