"Neftçi" daha bir futbolçusu ilə yolları ayırıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Vato Arveladze ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, ötən ilin avqustunda Bakı təmsilçisinə transfer olunmuş 25 yaşlı gürcü yarımmüdafiəçi 20 rəsmi oyunda meydana çıxıb.
Xatırladaq ki, "Neftçi" bu gün Sezar Meza Kolli ilə də vidalaşıb.