"Sabah" növbəti transferini həyata keçirməyə yaxındır.
Sportarena.az İspaniyanın Grada3.com saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi İspaniyanın “Ponferradina”sının müdafiəçisi Sofyan Şaklanı yaxın vaxtlarda heyətinə qatacaq.
Bildirilib ki, Mərakeş yığmasının mərkəz müdafiəçisi ilə İspaniyanın “Rasinq” və “Mirandes” klubları maraqlanır. Lakin 29 yaşlı futbolçu Azərbaycan variantına üstünlük vermək qərarına gəlib.
Qeyd edək ki, Şakla İspaniyada "Malaqa B, "Betis B", "La-Roda", "El-Ehido", "Almeriya B", "Melilya","Vilyarreal", "Hetafe", Belçikanın "Leuven" və Macarıstanın "MOL Fehervar" klublarında da oynayıb.