Azərbaycanın FİFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatı üçün növbəti təyinatını alıb.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Ə.Ağayev C qrupunun 2-ci turunda Çexiya - Almaniya matçında 4-cü hakim olacaq. Görüşü norveçli Espen Eskas idarə edəcək. Ona yan xətt hakimləri qismində həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin köməklik göstərəcəklər.
Qeyd edək ki, iyulun 25-də Gürcüstandakı "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. AÇ Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev isə bunadək AÇ-nin açılış oyununu - A qrupundakı Belçika - Niderland (0:0) matçını idarə edib.