“Milan” Almaniya klubunun hücumçusunu istəyir

11:19 23 İyun 2023

“Milan” “Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Türamı transfer etməyə yaxındır.

 

Sportarena.az “Sky Sport”-a istinadən xəbər verir ki, futbolçunun özü də İtaliya çempionatında çıxış etmək istəyir.

 

Milan təmsilçisi Türama illik 5 milyon avro maaş təklif edib. Bonuslarla birgə onun illik qazancı 10 milyon avrodan çox olacaq.

 

Öncədən “Leyptsiq”in də Türamla maraqlandığı bildirilirdi.

 

Fransalı futbolçu 2022/23 mövsümündə Almaniya klubunun heyətində 32 oyuna çıxıb, 16 qol vurub və 7 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti