Atıcılıq üzrə Azərbaycanın yığması Polşada keçirilən 3-cü Avropa Oyunlarında 17-ci yeri tutub.
Sportarena.az xəbər verir ki, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb.
Onlar üç cəhdin cəmində 572 xal toplayıblar. Azərbaycan yığması komanda hesabında 28 iştirakçı arasında 17-ci olub. Burada ilk dörd yerin sahibi final mərhələsinə yüksəlib.
Həm Ruslan Lunyov, həm də Nigar Nəsirova qarşıdakı günlərdə fərdi şəkildə 25 m məsafəyə pnevmatik tapançadan atəş açmadada çıxış edəcəklər.