“Real”dan daha bir futbolçusu ilə müqavilə

14:00 23 İyun 2023

“Real” futbolçusu Dani Sebalyosun müqaviləsinin müddətini uzadıb.

 

Sportarena.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

 

Sebalyos ötən mövsüm La Liqada 30 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

“Kral klubu” daha əvvəl Toni Kroos və Naço Fernandeslə də müqaviləsinin müddətini artırıb.


Digər xəbərlər

Xəbər xətti