“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu “bürünc” qazanıb

15:00 23 İyun 2023

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə”də bürünc medal uğrunda görüşə çıxıb.

 

Sportarena.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandax Bayanmunx ilə üz-üzə gəlib.

 

Qızıl xal bölümündə rəqibinə ipponla qalib gələn Nəcəfov bürünc medala sahib çıxıb.

 

“Böyük Dəbilqə” iyunun 25-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti