“Zenit” – “Neftçi” matçının hakimləri məlum olub

15:52 23 İyun 2023

Rusiyada keçiriləcək “PARI Premyer” turnirinin ilk turunda baş tutacaq “Zenit” – “Neftçi” matçının hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, iyulun 1-də keçiriləcək oyunu yerli hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi 36 yaşlı Artyom Çistyakovdur. Ona Aleksey Şiryayev və Vladislav Nazarov köməklik göstərəcəklər. Oyunun VAR hakimi isə Sergey Çıqankov olacaq.

 

“Qazprom Arena”da keçiriləcək “Zenit” – “Neftçi” matçı saat 20:30-da başlayacaq. Bakı təmsilçisi iyulun 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbaxça” (Türkiyə) ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti