"Sabah"ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi komandalardan birinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, bu, "Olimpiakos"dur. Bu haqda Yunanıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Görüş iyulun 19-da oynanılacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, "Sabah" iyulun 6-dan iyulun 20-dək Avstriyada olacaq və orada 3 yoxlama oyunu keçirəcək.