"Qarabağ"ın rəqibi darmadağınla qalib gəldi

19:25 23 İyun 2023

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Linkoln" yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Cəbəllütariq təmsilçisi  doğma meydanda - "Viktoria Stadium"da  İspaniyanın aşağı liqa klublarından "Almunesar Siti" ilə qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Maney, Marko Roşa, Xuanfri, Kike və Li Çipolina vurublar.

 

Qeyd edək ki, "Linkoln" bundan əvvəl yoxlama görüşündə İraq millisinə 1:2 hesabı ilə uduzmuşdu.

 

Xatırladaq ki, ÇL-də birinci mərhələnin oyunları 11/12 iyul və 18/19 iyulda olacaq. "Qarabağ" "Linkoln"la ilk görüşünü səfərdə, cavab oyununu evdə keçirəcək.


Digər xəbərlər

Xəbər xətti