"Leyptsiq" "Hoffenhaym"ın və Avstriya millisinin hücumameyilli yarımmüdafiəçisi Kristof Baumqartneri transfer edib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu klubu ilə 5 illik müqavilə imzalayıb.
Bu transfer üçün "Leyptsiq" "Hoffenhaym"a 27 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Baumqartner ötən mövsüm Bundesliqada 33 oyunda 7 qol vurub və 7 qolun ötürməsini verib.