Millimiz və "Neftçi" mübarizəni dayandırıb

22:26 23 İyun 2023

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi və "Neftçi" komandası Fransanın Orlean şəhərində keçirilən Dünya Qadın Seriyasının növbəti mərhələsində mübarizəni dayandırıb.

 

Sportarena.az xəbər verir ki, A qrupunda yer alan "ağ-qaralar" ilk oyunda Kanada millisinə 17:21, ikinci görüşdə isə İtaliya seçməsinə 14:16 hesabı ilə məğlub olub.

 

C qrupunda çıxış edən yığma isə ilk matçda ABŞ-a 7:21, ikinci oyunda isə Çinin "Yuanda" klubuna 14:21 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti