İngiltərə klubu İtaliyadan qapıçı alacaq

22:48 23 İyun 2023

"Empoli"nin qapıçısı Qulyelmo Vikario İngiltərəyə köçəcək.

 

Sportarena.az "The Sun"a istinadən xəbər verir ki, "Tottenhem" 26 yaşlı qolkiperi heyətinə qatmaq üçün danışıq aparır.

 

İmzalanacaq müqaviləyə əsasən italiyalı 2028-ci ilə qədər London klubuna məxsus olacaq. İtaliya təmsilçisi transferə görə 19 milyon avro qazanacaq. Yaxın günlərdə Vikario Londona uçacaq və orada bütün sənədləri imzalayaraq “Tottenhem”in üzvünə çevriləcək.

 

Daha əvvəl londonluların “Brentford"un qapıçısı David Raya və "Valensiya"nın qolkiperi Giorgi Mamardaşvili ilə maraqlandığı xəbərləri dolaşırdı. 2022/2023 mövsümündə Vikario İtaliya A seriyasında 31 oyun keçirib, 49 qol buraxıb. O, “Udineze”, “Fontanafredda”, “Venetsiya”, “Kalyari”, “Peruca” klublarının qapısını qoruduqdan sonra 2022-ci ildə “Empoli”yə keçmişdi.


Digər xəbərlər

Xəbər xətti