Avropa çempionatı: Güləş millilərimizin heyəti açıqlandı

23:20 23 İyun 2023

İyunun 26-dan iyulun 2-dək İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı keçiriləcək.

 

Sportarena.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,  Azərbaycan itə birinciliyində hər 3 güləşi növü üzrə yığmamız iştirak edəcək. 

 

Yarışın ilk günlərində yunan-Roma, daha sonra qadın, sonda isə sərbəst güləş üzrə mübarizə başlayacaq. 

 

Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında AÇ-də çıxış edəcək yunan-Roma və qadın güləşi üzrə komandaların üzvləriylə görüş keçirilib. Federasiya rəsmiləri və məşqçilər heyəti idmançılara məsul yarışda uğurlar arzulayıb.

Yunan-Roma güləşi üzrə gənclərdən ibarət millinin böyük məşqçisi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyində Elmir Əliyev (55 kq), İlkin Qurbanov (60 kq), Fəraim Mustafayev (63 kq), Kənan Abdullazadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Etibar Rzayev (87 kq), İsa Hüseynov (97 kq) və Məzaim Mərdanov (130 kq) uğur qazanmağa çalışacaq.

 

Qadın güləşçilərin yarışında böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Ruzanna Məmmədova (55 kq), Nərgiz Səmədova (57 kq), Firuzə Məcidova (59 kq), Fatimə İsayeva (68 kq) və Mərziyə Sadıqova (72 kq) mübarizə aparacaq.

 

Sərbəst güləş üzrə yığmanın heyəti isə iyunun 27-də açıqlanacaq.


Digər xəbərlər

Xəbər xətti