Azərbaycan cüdoçolarından AÇ-də daha 3 medal

10:18 24 İyun 2023

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları daha 3 medal əldə ediblər.

 

Sportarena.az xəbər verir ki, -66 kq çəkidə Əbil Yusubov finalda portuqaliyalı idmançı Rodriqo Caneyro üzərində qələbə qazanaraq Avropa çempionu olub.

 

Eyni çəki dərəcəsində yarışan Mehdi Cəfərov finalda gürcüstanlı idmançı Qiorqi Dularidze üzərində qələbə qazanaraq Avropa çempionatının bürünc medalını qazanıb.

 

-52 kq çəkidə yarışan cüdoçumuz Xədicə Qədəşova ispaniyalı idmançı Adriana Saes Eviyaya qalib gələrək Avropa çemponatının bürünc medalını qazanıb.

 

-57 kq çəkidə Fidan Qasımova isə 7-ci yerə çıxıb.

 


Xəbər xətti