DÇ-nin final mərhələsinin məkanı müəyyənləşdi

10:36 24 İyun 2023

Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib.

 

Komanda.az xəbər verir ki, gələn il sayca 10-cü dəfə təşkil olunacaq bu mərhələyə Özbəkistan evsahibliyi edəcək.

 

Bununla bağlı FİFA bu gün qərar qəbul edib. 24 komandanın iştirak edəcəyi final mərhələsinin matçları 2024-cü il sentyabrın 14-dən oktyabrın 6-dək keçiriləcək.

 

Qeyd edək ki, Avropanın 7 ölkəsi mundialda iştirak edəcək. Sentyabr, oktyabr və dekabr aylarında qitə üzrə elit-raund mərhələsinin matçları keçiriləcək. Millimiz A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla mübarizə aparacaq. Qrup lideri birbaşa final mərhələsinə yollanacaq. İkinci pilləni tutmuş komandalardan ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-off-da qarşılaşacaq. Qalib gələn 2 milli final mərhələsində oynamaq hüququ qazanacaq.


Digər xəbərlər

Xəbər xətti