Təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçirəcək “Sabah”ın yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub.
Sportarena.az xəbər verir ki, Bakı klubu 47 qat Yunanıstan çempionu “Olimpiakos”la qarşılaşacaq.
Məlumatı Pirey təmsilçisinin rəsmi saytı yayıb. İyulun 19-da baş tutacaq bu görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Xatırladaq ki, “Sabah” Avstriyada 3 yoxlama oyunu keçirilməyi planlaşdırır.