“Şeytan” “Çelsi”ni “yoldan çıxarmaq” üçün üçüncü cəhdini edəcək

15:30 24 İyun 2023

“Mançester Yunayted” yarımmüdafiəçi Meyson Maunt üçün “Çelsi”yə üçüncü təklif göndərməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

 

Məlumatda bildirilir ki, “Mançester Yunayted”dən bonuslar da daxil olmaqla təxminən 60 milyon avro məbləğində ikinci təklif “Çelsi” tərəfindən rədd edilib. Lakin danışıqlar davam edir.

 

Londonlular əvvəlcə 80 milyon avrodan çox tələb etsə də, “Çelsi” Mauntu 75,5 milyon avroya satmağa hazırdır. MY bu qiyməti klubdan ayrılmaq istəyən və “zadəganlar”la müqaviləsinin bitməsinə cəmi bir il qalan oyunçu üçün çox yüksək hesab edir.

 

Üçüncü təklifi rədd edilərsə, “Mançester Yunayted” Maunt üçün danışıqlarından geri çəkilə bilər. “Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq da ingilis futbolçusu komandasında görmək istəyir.


Digər xəbərlər

Xəbər xətti