"Qarabağ"ın futbolçusu Julio Romao Braziliyanın istoe.com.br saytına açıqlama verib.
Sportarena.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Linkoln"a (Cəbəllütariq) qarşı keçirəcəkləri matçlar barədə danışıb. O, avrokuboklarda komandasına kömək edəcəyinə inandığını deyib:
"İnanıram ki, yaxşı oyunlar keçirə və komandama Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyə kömək edə biləcəyəm. “Qarabağ”la bu yola çıxmaq üçün çox motivasiyalıyam. Çempionlar Liqasında çıxış etmək çox özəldir. Hər bir oyunçu bir gün orada oynamaq arzusundadır. Məqsədimizə çatmaq üçün səylərimizi əsirgəməyəcəyik. Artıq Avstriyada mövsümöncəsi hazırlığa başlamışıq. Biz bütün mümkün məqsədlərə nail olmaq üçün kollektiv və fərdi şəkildə çox çalışacağıq”.
Qeyd edək ki, Romao ötən ilin yayında "Qarabağ"da oynayır.
Əlavə edək ki, ÇL-də birinci mərhələnin oyunları 11/12 iyul və 18/19 iyulda olacaq. "Qarabağ" "Linkoln"la ilk görüşünü səfərdə, cavab oyununu evdə keçirəcək.