"Zenit" "Neftçi"ni ciddi rəqib kimi görür

13:52 24 İyun 2023

“Zenit”in baş məşqçisi Sergey Semak iyulun ilk yarısında Sankt-Peterburqda təşkil ediləcək “PARI Premyer” turnirini dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, rusiyalı mütəxəssis “Neftçi”nin də qatılacağı yarışda ciddi rəqiblərlə qarşılaşacaqlarını bildirib.

 

Lakin maraqlıdır ki, Semak “Neftçi”ni onlar arasında göstərməyib:

“Sankt-Peterburqda keçiriləcək turnirin hazırlığına başlamışıq. Evdə yoxlama görüşü üçün rəqib tapmaq çətin olur. Amma builki turnirdə yaxşı oyunlarımız olacaq. Maraqlı və güclü komandalar gözləyirik. Artıq toplanış üçün harasa getməyin mənası yoxdur. Çünki “PARI Premyer” turnirində “Fənərbağça” və “Srvena Zvezda” kimi komandalarla qarşılaşacağıq. İntensivlik və dözümlülük səviyyəsi baxımından mövsümə hazırlaşmaq üçün yaxşı fürsət olacaq”.

 

47 yaşlı mütəxəssis əlavə edib ki, “Neftçi” önünə heç də tam heyətlə çıxa bilməyəcəklər. Çünki o, bir neçə əcnəbi futbolçunun iyulun 1-də düşərgəyə qoşulacağını bildirib. Həmin gün isə sankt-peterburqlular “Neftçi” ilə üz-üzə gələcəklər.

 

Qeyd edək ki, “Neftçi” turnir çərçivəsində iyulun 8-də “Srvena Zvezda”, 15-də isə “Fənərbağça” ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti