"Barselona"dan ayrılan futbolçu Messinin çıxış etdiyi komandaya keçib

14:54 24 İyun 2023

ABŞ-ın "İnter Mayami" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az MLS təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, İspaniya "Barselona"sından ayrılan Serxio Busketsin keçidi rəsmiləşib.

 

O, azad agent kimi ABŞ klubuna transfer olunub.

 

Qeyd edək ki, 2008-ci ildən Kataloniya təmsilçisinin əsas komandasında olan Serxio Buskets ötən mövsüm La Liqada 30 oyuna çıxıb və dörd məhsuldar ötürmə ilə yadda qalıb. "İnter Mayami" daha əvvəl Lionel Messini də heyətinə qatıb.


Digər xəbərlər

Xəbər xətti