"Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi Ruan Renato ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Ruan 2021/22 mövsümündən “qırmızı-qaralar”ın formasını geyinirdi. Renato 72 görüşdə 4 dəfə fərqlənib.
Xatırladaq ki, daha əvvəl Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Rövlan Muradov, Felipe Santos və İsnik Alimi də "Qəbələ"dən ayrılıb.