Braziliya millisinin üzvü Neymar yığmaya Karlo Ançelottinin baş məşqçi təyin olunması ehtimalından danışıb.
Sportarena.az xəbər verir ki, hücumçu "Marca"ya açıqlamasında deyib:
“Bizim əcnəbi məşqçi ilə işləmək imkanımız olacaq. Ançelotti bütün titulları qazanıb. Əminəm ki, o, baş məşqçi təyin olunsa, bizə çox şey öyrədəcək".
Qeyd edək ki, bundan əvvəl italiyalı məşqçinin 2024-cü ildə Braziliya yığmasına rəhbərlik edəcəyi bildirilirdi. O, hazırda "Real"ın baş məşqçisidir.