PSJ futboolçusu Kilian Mbappeyə klubdakı gələcəyi ilə bağlı qərar verməsi üçün vaxt qoyub.
Sportarena.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi Kilianın 2-3 həftə ərzində yekun qərarını açıqlamasını tələb edib. Klub sahibləri oyunçunun dəqiq mövqeyini, müqavilənin uzadılmasına razı olub-olmadığını eşitmək istəyirlər. Əks-halda fransalı bu yay satılacaq.
Daha əvvəl Mbappenin 250 milyon avroya "Real"a keçə biləcəyi haqda xəbələr yayılmışdı. PSJ hücumçu ilə bağlı iki variantı nəzərdən keçirir: ya müqavilənin uzadılması, ya da satış. Paytaxt təmsilçisinin gələcək baş məşqçisi Luis Enrike də Mbappenin gedişinə etiraz etmir.
Qeyd edək ki, 24 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, 2017-ci ildən bu komandada oynayır.