UEFA La Liqa klubunu avrokubokdan uzaqlaşdırdı

16:56 24 İyun 2023

UEFA "Osasuna" klubuna sərt cəza tətbiq edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilir. Buna səbəb klubun 2014-cü ildə danışılmış oyunlarda iştirakının təsdiq edilməsidir. Bu iş üzrə 2020-ci ildə "Osasuna"nın keçmiş rəhbərliyindən 5 nəfər, eləcə də "Betis" komandasının iki sabiq oyunçusu həbs edilib.

 

Qərara əsasən, "Osasuna" vəsiqə qazandığı UEFA Konfrans Liqasının 2023/24 mövsümündə iştirak hüququndan məhrum edilib.  Klub son mövsümü La Liqada 7-ci yerdə başa vurub. "Osasuna" UEFA-nın qərarından apelyasiya şikayəti verəcəyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti