Basketbol üzrə İtaliya çempionatına yekun vurulub. Çempionluğun taleyinə 7-ci oyunda aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, evdə “Virtus” üzərində 67-55 hesabı ilə qələbə qazanan “Milan” final seriyasını 4:3 öndə tamamlayıb.
Qalib komandanın heyətində Luici Datome ən məhsuldar olub. Forvard 16 xaldan əlavə 4 ribaund edib. Müdafiəçi Billi Beron 11, forvard Şeyvon Şilds isə 10 xal toplayıb.
“Virtus”un heyətində gürcü legioner Tornike Şengeliya oyunu 13 xal və 4 ribaundla tamamlayıb. Miloş Teodosiçin aktivində isə 10 xal var.
Qeyd edək ki, ardıcıl ikinci dəfə çempion olan “Milan” tarixində 30-cu dəfə İtaliyanın ən güclüsü olub.